Mixeil Ğavelaşvili Çinin səfiri ilə tanışlıq məqsədli görüş keçirib
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Çin Xalq Respublikasının Gürcüstandakı səfiri Cou Tsien ilə görüşüb.
Tanışlıq məqsədli görüşdə Çinin səfiri Mixeil Ğavelaşvilini prezident vəzifəsini tutması münasibətilə təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Görüşdə Gürcüstan və Çin arasında mövcud olan strateji tərəfdaşlığı müzakirə ediblər. Siyasi, ticarət-iqtisadi, mədəni və xalqlar arasında əlaqələrin dərinləşdirilməsi perspektivinə toxunulub.
Gürcüstan Prezidenti qeyd edib ki, azad ticarət, strateji tərəfdaşlıq və vizasız rejim Çin-gürcü münasibətlərinin daha da inkişafına töhfə verir və xalqlar arasında təmasları, işgüzar əlaqələri və iqtisadi əməkdaşlığı gücləndirir. Orta Dəhlizin əhəmiyyətinə və Gürcüstanın tranzit roluna diqqət yetirilib.
Prezident bildirib ki, Gürcüstan Orta Dəhlizin inkişafına, təhlükəsizliyinə və effektiv işləməsinə maksimum dəstək verməyə hazırdır.
Görüşdə regionda və beynəlxalq səviyyədə mövcud olan çağırışlara diqqət yetirilib və sabitlik və sülhün xüsusi əhəmiyyəti vurğulanıb.
Gürcüstan Prezidenti diplomatı prezident iqamətgahında qəbul edib.
Məlumatı Gürcüstan Prezidentinin Mətbuat Xidməti yayır.