Mixeil Ğavelaşvili Çinin Gürcüstandakı səfiri Cou Tsien ilə görüşüb
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Çin Xalq Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Cou Tsien ilə görüşüb.
Gürcüstan Prezident Administrasiyasının məlumatında, görüşdə Gürcüstan və Çinin strateji tərəfdaşlığı və ikitərəfli münasibətlərin inkişafının müsbət dinamikasının, eləcə də ticarət-iqtisadi, turizm, mədəniyyət, idman və təhsil sahəsində səmərəli əməkdaşlığın xüsusilə qeyd edildiyi deyilir.
Görüşdə Gürcüstan Prezidenti “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın və Orta Dəhlizin inkişafının əhəmiyyətinə diqqət yönəldib. Bununla yanaşı, Gürcüstanın Orta Dəhlizin inkişafına, təhlükəsizliyinə və effektiv fəaliyyətinə kömək etməyə hazır olduğu qeyd edilib.
Görüşdə tərəflər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz dəstəyi bir daha təsdiqləyiblər.
Görüş Gürcüstan Prezident Sarayında keçirilib.