Mixeil Ğavelaşvili - Çarli Kirkin birmənalı şəkildə onun mühafizəkar baxışları ilə bağlı olan qətli dəhşətlidir, zorakılığı təşviq edən hər kəs qətlin şərikidir
Çarli Kirkin birmənalı şəkildə onun mühafizəkar baxışları, saxta liberal ideologiyanın tənqidi və LGBT təbliğatına qarşı mübarizəsi ilə bağlı olan qətli dəhşətlidir. Çarli Kirk liberal faşizmin növbəti qurbanıdır – bu haqda Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili sosial şəbəkədə yazır.
O deyib, “saxta liberal ideologiyanın davamçılarının bu dəhşətli faktla bağlı istehzalı qiymətləndirmələri daha da dəhşətlidir”.
“Zorakılığı, qəbuledilməz fikrin təqib edilməsini təşviq edən və təlqin edilmiş, çirkin ideologiyanı tətbiq etməyə və yaymağa çalışan hər bir insan Çarli Kirkin qətlində şərikdir. Çarli Kirkin ailəsinə və yaxınlarına dözüm diləyirəm” – Ğavelaşvili yazır.
Yuta Veli Universitetinin tədbirində atəş açılan mühafizəkar şərhçi Çarli Kirk həlak oldu. Yayılmış məlumata əsasən, Kirk atəş açılan zaman təqdimat keçirirmiş. Onu xəstəxanaya çatdırıblar və onu xilas etmək mümkün olmayıb.
Donald Trampın müttəfiqi hesab edilən Kirk mühafizəkar tələbə hərəkatının rəhbəri idi.