Mixeil Ğavelaşvili – Bütün tələbələri təbrik edirəm, gənclik enerjisi və səsi, sizdən gələn yeni ideya və təşəbbüslər sürətlə dəyişən dünyada xüsusi əhəmiyyət kəsb edir

12:23, 25.08.2026

 

Vahid Milli İmtahanları uğurla verən bütün tələbələri təbrik edirəm – bu barədə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili sosial şəbəkədə yazır.

O, gənclik enerjisi və səsinin, onlardan gələn yeni ideya və təşəbbüslərin sürətlə dəyişən dünyada xüsusi əhəmiyyət kəsb etdiyini bildirir.

“Həyatınızda yeni və mühüm mərhələ başlayır – biliyin dərinləşdirilməsi, peşəkar inkişaf, öz potensialınızın reallaşdırılması və üfüqdə yeni imkanların kəşf edilməsi.

Təhsilli, azad təfəkkürlü və məsuliyyətli gənclik güclü dövlətin təməlidir. İnanıram ki, qazandığınız bilik və göstərdiyiniz əməklə hər biriniz ölkəmizin inkişafına və uğuruna öz töhfənizi verəcəksiniz.

Gənclik enerjisi və səsi, sizdən gələn yeni ideya və təşəbbüslər sürətlə dəyişən dünyada xüsusi əhəmiyyət kəsb edir.

Sizə maraqlı tələbəlik illəri, qarşıya qoyulmuş məqsədlərə çatmağı və aydın gələcək arzulayıram” – Mixeil Ğavelaşvili yazır.

Oxşar