Mixeil Ğavelaşvili - Bizim kimi kiçik ölkənin xilas olmasının açarı ağıllı və ehtiyatlı hərəkətlərdədir, düzgün yanaşmalarla ölkənin strateji-coğrafi rolunu gücləndirməyə nail olmalıyıq
Biz düzgün yanaşmalarla Qərblə Şərqi birləşdirmək istiqamətində Gürcüstanın strateji-coğrafi rolunu gücləndirməyə nail olmalıyıq – bu haqda Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili parlamentdə illik məruzə ilə çıxışı zamanı deyib.
O bildirib ki, tarixi rolunu qaytarmaqla, ölkə öz mövqeyini yaxşılaşdıra biləcək.
“Tarixi rolu qaytarmaqla biz ölkəmizin mövqelərini yaxşılaşdıra biləcəyik. Bizim kimi kiçik ölkənin xilas olmasının və uğur qazanmasının açarı ağıllı və ehtiyatlı hərəkətlərimizdədir, bu da özlüyündə uzaqgörənliyi və çevikliyi nəzərdə tutur. İstənilən qərarımız və ya siyasətimiz bir tərəfdən keçmiş səhvləri təhlil etməklə, digər tərəfdən də millətimizin yaddaşına, tarixi təcrübəsinə arxalanaraq diktə edilməlidir” – Mixeil Ğavelaşvili bildirib.