Mixeil Ğavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirib
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıya səfəri çərçivəsində Mixeil Ğavelaşvilini Zaqulba sarayında qəbul edib. Liderlər təkbətək görüşdə iki ölkə arasında nümunəvi strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar. Müxtəlif sahələrdə, o cümlədən ticarət-iqtisadi istiqamətdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə toxunulub.
Gürcüstan Prezidenti azərbaycanlı həmkarına Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyə görə təşəkkür edib. Həmçinin, görüşdə regionda sülh və sabitliyin vacibliyi vurğulanıb. Mixeil Ğavelaşvili Gürcüstanın gələcəkdə də Cənubi Qafqazda dialoq və diplomatiyanın təşviqi prosesinə töhfə verməyə hazır olduğunu təsdiqləyib.
Liderlər təkbətək görüş zamanı birgə irimiqyaslı strateji layihələri və əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Görüşdən sonra Gürcüstan və Azərbaycan prezidentləri media üçün birgə bəyanatlarla çıxış ediblər.
Məlumatı Prezident Administrasiyasının mətbuat xidməti yayır.