Mixeil Ğavelaşvili - Avropaya inteqrasiya məsələsi, bizim tərəfimizdən konstitusiya ilə zəmanət verilmiş qərbyönümlü kurs tez-tez spekulyasiyalar üçün istifadə olunur, oxşar spekulyasiyalara həqiqətlə qarşılıq vermək bizim borcumuzdur
Mixeil Ğavelaşvili - Avropaya inteqrasiya məsələsi, bizim tərəfimizdən konstitusiya ilə zəmanət verilmiş qərbyönümlü kurs tez-tez spekulyasiyalar üçün istifadə olunur, oxşar spekulyasiyalara həqiqətlə qarşılıq vermək bizim borcumuzdur

 
Son vaxtlarda Avropaya inteqrasiya məsələsi və bizim tərəfimizdən konstitusiya ilə zəmanət verilmiş qərbyönümlü kurs tez-tez ölkənin daxili, eləcə də xarici aspektlərində spekulyasiyalar üçün istifadə olunur. Biz sıra spekulyasiyalarla qarşı-qarşıya qalası olduq və bilirik ki, bütün bunlar təəssüf ki, cəmiyyətimizi qütbləşdirməyə xidmət edir. Bu, ölkəmizin maraqlarına çox ziyan vurur, ona görə oxşar spekulyasiyalara həqiqətlə qarşılıq vermək bizim borcumuzdur – bu haqda Gürcüstanın Prezidenti Mixeil Ğavelaşvili “Səfirlərin Konfransı 2024”də çıxışı zamanı bildirib.

Ğavelaşvili bildirib ki, ölkədə yaradılmış süni ajiotaj və güclü dezinformasiya kampaniyasına baxmayaraq, Gürcüstanın Avropaya inteqrasiya prosesi davam edir.

“Hörmətli diplomatlar, bildiyiniz kimi, Gürcüstan Avropa İttifaqının tamhüquqlu üzvü olmağa can atır. Bu, Konstitusiyamızda təsbit olunmuş və həmişəki kimi möhkəm olan xalqımızın sivil seçimidir. Təəssüflər olsun ki, son vaxtlarda Avropaya inteqrasiya məsələsi və bizim tərəfimizdən konstitusiya ilə zəmanət verilmiş qərbyönümlü kurs tez-tez ölkənin daxili, eləcə də xarici aspektlərində spekulyasiyalar üçün istifadə olunur. Biz sıra spekulyasiyalarla qarşı-qarşıya qalası olduq və bilirik ki, bütün bunlar təəssüf ki, cəmiyyətimizi qütbləşdirməyə xidmət edir. Bu, ölkəmizin maraqlarına çox ziyan vurur, ona görə oxşar spekulyasiyalara həqiqətlə qarşılıq vermək bizim borcumuzdur. Bu gün ölkədə yaradılmış süni ajiotaj və güclü dezinformasiya kampaniyasına baxmayaraq, Gürcüstanın Avropaya inteqrasiya prosesi davam edir. 2028-ci il üçün biz Assosiasiya Sazişinin demək olar ki, 90%-dən çoxunu yerinə yetirmiş olacağıq və 2030-cu il üçün Avropa İttifaqına üzvlük üçün ən yaxşı şəkildə hazırlaşmış olacağıq. Lakin, mütləq deyilməlidir ki, Gürcüstan indi də istənilən vaxt danışıqlara başlamağa hazırdır. Baş nazir bu barədə dəfələrlə danışıb. Danışıqların açılması və prosesə başlamağımız üçün ölkəmiz hər an hazır olacaq.

Amerika Birləşmiş Ştatları ilə münasibətlərdə bizim prioritetimiz eyni dərəcədə sabit və möhkəmdir. Biz gözləyirik ki, yeni administrasiya şəraitində bütün anlaşılmazlıqlar aradan qaldırılacaq və iki ölkə arasında strateji tərəfdaşlıq xartiyası ilə müəyyən edilmiş prioritetlər əməkdaşlığımızın bütün istiqamətlərində layiqincə öz əksini tapacaq. Bununla yanaşı, Gürcüstan sülhün və sabitliyin təmin edilməsində maraqlı tərəf kimi qonşu dövlətlərlə, xüsusilə Azərbaycan, Ermənistan, Türkiyə ilə daha sıx əlaqələri gücləndirir, bildiyiniz kimi, biz Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün tərəfdarıyıq və bu istiqamətdə böyük səylər göstərəcəyik.

Bizim üçün vacibdir ki, diasporumuzla onların vətəni arasında əlaqəni mümkün qədər gücləndirək ki, onlar ölkə quruculuğu prosesində maksimal şəkildə iştirak etsinlər. Əminəm ki, biz birlikdə Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiya prosesini uğurla həyata keçirə, ölkəmiz və xalqımız üçün sülh, sabitlik və iqtisadi rifahı təmin edə biləcəyik” – Mixeil Ğavelaşvili bildirib.