Mixeil Ğavelaşvili ABŞ və Macarıstana yeni təyin olunmuş səfirlər, eləcə də Gürcüstanın Avropa Şurasındakı yeni daimi nümayəndəsi ilə görüşüb
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Gürcüstanın ABŞ və Macarıstana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri, eləcə də Gürcüstanın Avropa Şurasındakı yeni daimi nümayəndəsi ilə görüş keçirib. Məlumatı Prezident Administrasiyası yayır.
Administrasiyanın məlumatına əsasən, Mixeil Ğavelaşvili diplomatları vəzifələrə təyin olunmaları münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“Gürcüstanın fövqəladə və səlahiyyətli səfirləri olaraq Tamar Taliaşvili ABŞ-a, Nikoloz Laliaşvili Macarıstana, Gürcüstanın Avropa Şurasındakı yeni daimi nümayəndəsi olaraq isə Xatia Tsilosani təyin olunub. Görüş prezident sarayında keçirilib” – Prezident Administrasiyasının yaydığı məlumatda deyilir.