Mixeil Ğavelaşvili - Abxaz və osetin bacı və qardaşlarımız olmadan güclü, vahid Gürcüstan təsəvvür edilə bilməz, inanıram ki, Gürcüstan mütləq vahid, güclü və çiçəklənmiş olacaq
Abxaz və osetin bacı və qardaşlarımız olmadan güclü, vahid Gürcüstan təsəvvür edilə bilməz. Nəhayət, biz məhz vətəndaşlarımız üçün ümumi rifahdan bəhrələnməyi Tbilisi və Batumi, Qori və Zuqdidi və ölkəmizin digər şəhərlərində olduğu kimi Soxumi və Sxinvalidə eyni şəkildə mümkün edəndə qalib gələcəyik – bu barədə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili 26 May ilə əlaqədar tədbirdə çıxışı zamanı deyib.
Ğavelaşvili deyib ki, Gürcüstanın mütləq vahid, güclü və çiçəklənmiş olacağına inanır.
“Bir daha sizi Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edirəm. Yaşasın vahid, güclü və çiçəklənmiş Gürcüstan! Tanrı bizi və vətənimizi hifs etsin!” – Mixeil Ğavelaşvili qeyd edib.