Mixeil Ğavelaşvili - 2024-cü ilin seçkilərində "Gürcü Arzusu" mütləq lider idi
Mixeil Ğavelaşvili - 2024-cü ilin seçkilərində "Gürcü Arzusu" mütləq lider idi

 

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili “Deutsche Welle”yə müsahibəsində 2024-cü ilin seçkiləri ilə əlaqədar danışıb və seçkilərin əvvəlki bütün seçkilərlə müqayisədə daha yaxşı keçirildiyini qeyd edib.

Onun sözlərinə əsasən, “Gürcü Arzusu” son seçkilərdə mütləq lider idi və bir qayda olaraq, onun seçki dəstəyi bir milyondan – bir milyon iki yüz minə qədər səs təşkil edir.

“2024-cü ilin parlament seçkilərindən danışarkən, mənim nöqteyi-nəzərimdən və artıq on ildir siyasətdəyəm, son seçkilər əvvəlki bütün seçkilərlə müqayisədə daha yaxşı keçirilib. Təsdiq edə bilərəm ki, son seçkilər əvvəlki seçkilərin nəticələri ilə uyğun olub, burada hakim “Gürcü Arzusu” partiyası oxşar dəstək alıb. “Gürcü Arzusu” son seçkilərdə mütləq lider idi. Partiyamız əvvəlki seçkilərdəki qədər səs aldı. “Gürcü Arzusu”na seçki dəstəyi bir qayda olaraq, bir milyondan – bir milyon iki yüz minə qədər səs təşkil edir. Təəssüf ki, sabiq prezident Zurabişvili Mərkəzi Seçki Komissiyası tərəfindən 2024-cü ilin seçkilərinin nəticələrinin rəsmi şəkildə elan edilməsini gözləməmək qərarını verdi və seçkilərin legitimliyini inkar etdi” – Gürcüstan Prezidenti qeyd edib.