Mixeil Qavelashvili və Maka Boçorişvili Qış Olimpiya Oyunlarının açılışı çərçivəsində Cey Di Vens və Marko Rubio ilə görüşüblər
Gürcüstan Prezidenti Mixeil Qavelashvili və xarici işlər naziri Maka Boçorişvili Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventriyin ev sahibliyi ilə təşkil olunan rəsmi qəbulda iştirak ediblər. Bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, tədbir çərçivəsində Mixail Qavelashvili və Maka Boçorişvili bir sıra ölkə liderləri ilə yanaşı, ABŞ-ın vitse-prezidenti Cey Di Vens və ABŞ-ın dövlət katibi Marko Rubio ilə də görüşüblər.
Bildirilib ki, görüşlər zamanı iki ölkə arasında mövcud olan ortaq dəyərlərə xüsusi diqqət yetirilib.
Həmçinin qeyd olunub ki, Gürcüstan Prezidenti Mixeil Qavelashvili Qış XXV Olimpiya Oyunlarının açılış mərasimində iştirak edən xarici dövlət başçılarının şərəfinə İtaliya Prezidenti Sercio Mattarellanın adından təşkil olunan rəsmi şam yeməyində də iştirak edəcək.