Mixeil Dauşvili - onu səhv adlandıra bilmərik ki, 20 iyun ərzində polis Gürcüstan konstitusiyasını müdafiə edirdi
Mixeil Dauşvili - onu səhv adlandıra bilmərik ki, 20 iyun ərzində polis Gürcüstan konstitusiyasını müdafiə edirdi

“Gürcü Arzusunun” keçmiş üzvü, Mixeil Dauşvilinin bəyan etdiyinə görə, Parlament çoxluğunu tərk edən deputatlar bütün uğur və qeyri-düzgün qərarlar üzrə məsuliyyət götürürlər.

20 yun hadisələrinə gəldikdə, Dauşvilinin dediyinə görə, Giorgi Qaxariya və başqa siyasi vəzifəli şəxlər bu masələ barəsində suallara dəfələrlə cavab veriblər.

Elə onun dediyinə görə, 20 iyun mövzusunun bir neçə aspekti var.

“Bütün uğur və qeyri-düzgün qərarlar üzrə məsuliyyət götürürürük. Qeyd olunan bu günki brifinqin məğzində yaxşı göründü. Qərarımızın əsasən məğzi məhz elə budur – biz məsuliyyətli xadimlərik və məhz elə buna qərar verdik ki, “Gürcü Arzusunu” tərk edək və yeni partiya yaradaq. 20 iyun barəsində söhbət edərkən, Giorgi Qaxariya və başqa siyasi vəzifəli şəxlər bu masələ barəsində suallara dəfələrlə cavab veriblər.

Bu mövzunun bir neçə aspekti var. Qavrilovun Parlament sədrinin skamyasına əyləşməsi məsələsinə gəldikdə, sözsüz ki, bu böyük səhv idi və bunu dərk edirik, etiraf edirik və bunu heç vaxt imtina etməmişik. 20 iyun barəsində danışarkən onu nəzərə almalıyıq ki, 20 iyunda Gürcüstan qanunvericilik orqanına hücum edildi. Bu isə, tamamilə qəbuledilməz və yolverilmzdir. Onu səhv adlandıra bilmərik ki, 20 iyun ərzində polis Gürcüstan konstitusiyasını müdafiə edirdi. Əksinə bu düzgün qərar idi və ölkədə bənzər fəallıqlara bir dəfəlik son qoyulmalıdır ki, kimsə hansəsa səbəblə konstitusiya orqanına hücum etsin və bununla hakimiyyətin ələ keçirilməsinə çalışın”, – Dauşvili bəyan etdi.

Elə onun dediyinə görə, “Gürcü Arzusunun” son illər hakimiyyətdə olması dövründə bir sıra düzgün qərar qəbul olunub. Lakin bu gün onun lazımlılığını gördülər ki, Girogi Qaxariya ilə birlikdə yeni siyasi partiya yaratsınlar.

“Bu gün onun lüzumluluğunu gördük ki, Girogi Qaxariya ilə birlikdə onun həmfikililəri, onun komandası yeni siyasi partiya yaratsın”, – Dauşvili bəyan etdi.

Gürcüstan Parlamentini “Gürcü Arzusunun” altı üzvü tərk etdi. Giorgi Xocevanişvili, Beka Liluaşvili, Ana Buşukuri, Aleksandre Motsereliya, Mixeil Dauşvili və Şalva Kereselidze fəaliyyətlərinin müstəqil deputat olaraq davam etdirəcəklər. Onların dediyinə görə, Giorgi Qaxariyanın komadası üzvləridlər və bu gündən partiyanın qurulması mərhələsinə keçirlər.