Mixeil Çxenkeli müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir

Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli Gürcüstanın bütün müəllimlərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir:

“Əziz müəllimlər, hər birinizin ölkədə rolu əvəzsizdir. Ölkənin gələcəyi paylaşdığınız biliklərdən asılıdır. Bu ən vacib, ən çətin və şərəfli peşədə uğurlar arzulayıram! Fədakarlıqla xidmət etdiyiniz daha çox layiqli nəsillər yetişdirməyinizi arzulayıram.

Ümumi maraqlarımız var – keyfiyyətli təhsil bizim üçün prioritetdir. Bu səbəbdən gənclərimizin qayğısına birlikdə qalmaq istəyirəm. İnanıram ki, birgə səylərimiz uğurlu yol seçmələrinə kömək edəcək nəticələr verəcək.

Beynəlxalq Müəllimlər Günü münasibətilə bir daha təbrik edirəm, gündəlik həyatınızdakı böyük əməyinizə görə təşəkkür edirəm və hər birinizə baş əyirəm ”, – deyə Mixeil Çxenkeli bildirib.

Beynəlxalq Müəllimlər Günü 1994 -cü il 5 oktyabrdan qeyd olunur. Bu günün təsis edilməsi müəllim peşəsini dəstəkləmək və qiymətləndirmək məqsədi daşıyır.