Mixeil Canelidze və Tinatin Xidaşeli Gürcüstanın Birinci Kanalında İrakli Kobaxidze və Şalva Papuaşvili ilə müzakirəyə razılaşıblar
Gürcüstanın sabiq xarici işlər naziri Mixeil (Papuna) Canelidze və Gürcüstanın sabiq müdafiə naziri Tinatin Xidaşeli sabah, dekabrın 4-də Gürcüstanın Birinci Kanalında Gürcüstanın Baş naziri İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvili ilə ictimai müzakirədə iştirak edəcəklər.
Tinatin Xidaşeli müzakirədə iştirakını Gürcüstanın Birinci Kanalına təsdiqləyib, Mixeil Canelidze isə “Facebook” paylaşım edib. “Sözügedən müzakirənin İctimai Yayımçıda aparılması mənim üçün məqbuldur” – Mixeil Canelidze yazıb.
Tinatin Xidaşeli və Mixeil Canelidze “Gürcü Arzusu”nun 28 noyabr bəyanatı ilə bağlı ictimai müzakirədə iştirak etməkdə maraqlı olduqlarını özləri bildiriblər. İrakli Kobaxidze Şalva Papuaşvili ilə birlikdə İctimai Yayımçıya təklif etdi, dekabrın 4-də Mixeil Canelidze və Tinatin Xidaşeli ilə ictimai müzakirə üçün efir ayırsın.
Gürcüstanın Birinci Kanalı belə bir müzakirə təşkil etməyə hazır olduğunu bəyan edir və onun iştirakçılarını dekabrın 4-ü saat 22:00-da dəvət edir.