Mixail Sarcveladze Avstraliyanın Gürcüstandakı səfirliyinin birinci katibi və konsulu Cennifer Kinqsman ilə görüşüb
İşğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Gürcüstanda Avstraliya səfirliyinin birinci katibi və Ankarada rezidentlik edən konsulu Cennifer Kinqsman ilə görüş keçirib.
Gürcüstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Mixail Sarcveladze Cennifer Kinqsmana nazirliyin fəaliyyəti barədə məlumat verib. Tanışlıq xarakterli görüşdə məcburi köçkünlərin məskunlaşdırılması, əmək, sosial və səhiyyə müdafiəsi istiqamətlərində ölkədə həyata keçirilən proqramlar və planlaşdırılan islahatlar müzakirə olunub.
“Mixail Sarcveladze Gürcüstan və Avstraliya arasında tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Öz növbəsində Cennifer Kinqsman iki ölkə arasında fəal əməkdaşlığın təşviqinə hazır olduğunu bildirib. Tərəflər birgə layihələrin həyata keçirilməsi perspektivlərini də müzakirə ediblər”, – deyə Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.
Görüşdə həmçinin Səhiyyə Nazirliyinin və Avstraliyanın Baş Konsulluğunun nümayəndələri iştirak ediblər.