Mixail Saakaşvili - Novruz Bayramında Gürcüstana 40, 45, bəlkə də 50 000 min İranlı gələcək Gürcüstan iqtidarı hələ də susur
Mixail Saakaşvili - Novruz Bayramında Gürcüstana 40, 45, bəlkə də 50 000 min İranlı gələcək Gürcüstan iqtidarı hələ də susur

Müvəqqəti olaraq, İran vətəndaşlarının Gürcüstana gəlməsi dayandırılmalıdır, İrandan gələn digər ölkə vətəndaşları da bir müddət Gürcüstana gəlməməlidirlər, – bu barədə bəyanatı Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili, Tako Çarkviani, Qubaz Sanikidze və Zviad Kuprava ilə bərabər yaydığı videoda verib.

Saakaşvilinin dediyinə görə, Novruz Bayramında Gürcüstana 40, 45, bəlkə də 50 min iranlı gələcək və Gürcüstan iqtidarı buna susur.

“İranlı turistlər Gürcüstanı çox sevirlər, onların buraya gəlmələrində başqa zaman heç bir problem görmürəm, çünki ölkə iqtisadiyyatı üçün turistlərin çox olması sərfəlidir. Ancaq, bu gün İranda koronavirus kütləvi şəkildə yayılıb və belə şərtlərdə, Novruz Bayramına 50 000 iranlının gəlməsi təhlükəlidir. Gürcüstan iqtidarı isə, bu vəziyyətə müdaxilə etmir.

Onlar dərhal İranla avia-uçuşları dayandırmalıdırlar və sərhədləri bağlamalıdırlar. İran vətəndaşları və İrandan gələn digər ölkə vətəndaşları müvəqqəti olaraq, Gürcüstana gəlməməlidirlər. İnfeksiaya yoluxan vətəndaşlarımız isə, kvalifikasiyalı yardım almalıdırlar ki, nə özlərini, nə də digərlərini təhlükəyə atmasınlar.

İndi görün, Gürcüstan iqtidarı mənim acığıma İranla nə avia-uçuşları qadağan edəcək, nə də sərhədi bağlamayacaq. Əksinə daha çox İranlıyı Gürcüstana buraxacaq. Bilirəm ki, onlar bunu da edərlər” – dedi Mixeil Saakaşvili.