Mixail Qaluzin – Əgər Ermənistan Avropa yolunu seçərsə, bu ağrılı proses olacaq, o cümlədən, təəssüf ki, Ermənistan əhalisi üçün

13:16, 14.04.2025

 

Əgər Ermənistan Avropa yolunu seçərsə, bu ağrılı proses olacaq, o cümlədən, təəssüf ki, Ermənistan əhalisi üçün – bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, əgər Ermənistan Avropa seçimi yolunu tutarsa, bu, obyektiv olaraq, hazırda Yerevanın Avrasiya İqtisadi İttifaqı çərçivəsində tərəfdaşları ilə qurduğu mövcud iqtisadi əlaqələrin yenidən nəzərdən keçirilməsinə səbəb olacaq.

Qaluzinin bəyanatına əsasən, keçən il Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi təxminən 12 milyard dollar olub.

“Ölkə rəhbərliyinin Avrasiya İqtisadi İttifaqından çıxmaqla nəyi itirə biləcəyini və Avropa İttifaqına daxil olmaqla əslində nə qazana biləcəyini öz əhalisinə izah edəcəyini güman etmək məntiqlidir. Bütün bunlar real iqtisadi əməkdaşlıq deyil, əsasən keçici ideologiyalardır. Bu gün də Ermənistanın Avropa İttifaqının hər bir ölkəsi ilə ticarət dövriyyəsi Rusiya ilə müqayisədə bir neçə dəfə aşağıdır. Qaldı ki, Avropa İttifaqı Ermənistanın əsas iqtisadi tərəfdaşı və strateji müttəfiqi olan Rusiyaya qarşı açıq şəkildə düşmənçilik siyasəti aparır. Bu siyasət Rusiyaya strateji məğlubiyyətin yaşadılması ilə bağlı artıq obsesiyaya çevrilmiş, manik istəkdən ibarətdir. Ümid edirəm ki, rəsmi Yerevanda bu vəziyyəti görür və müvafiq şəkildə qiymətləndirirlər” – Mixail Qaluzin qeyd edib.

Oxşar