Mixail Podoyak Elenovka koloniyasında baş verənləri terror aktı adlandırdı
Mixail Podoyak Elenovka koloniyasında baş verənləri terror aktı adlandırdı

Ukrayna prezidenti aparatı rəhbərinin müşaviri, Mixail Podolyakın bəyan etdiyinə görə, partlayış Rusiyanın Elenovka qəsəbəsində yerləşən koloniyasının daxilindən baş verdi.

Podolyakın iddia etdiyi kimi, peykdən çəkilmiş fotoşəkillər göstərir ki, ötən günlərdə Ukraynalı məhbusların aparıldığı yalnız bir bina zədələnib.

Ukrayna prezidenti aparatının nümayəndəsinin sözlərinə görə, hadisə terror aktı kimi qiymətləndirilməlidir.

Rusiya tərəfi iddia edir ki, Ukrayna Elenovkanı Amerika raket sistemləri ilə vurub, nəticədə 53 Ukraynalı məhbus həlak olub, 73 nəfər yaralanıb.

Digər tərəfdən, Ukrayna hakimiyyəti iddia edir ki, Rusiya Elenovkada Ukraynalı hərbi əsirləri, işgəncə faktlarını gizlətmək üçün qəsdən öldürdü.

Mövcud məlumata görə, Kiyevin tələbindən sonra Moskva Qızıl Xaç və BMT ekspertlərinin Elenovkaya buraxılmasına razılıq verdi. Lakin Qırmızı Xaç Cəmiyyətinin məlumatına görə, onların hələ də hadisə yerinə gəlmək imkanı verilmir və Rusiya Müdafiə Nazirliyindən onların tələbinə cavab ala bilməyiblər.