Mixail Podolyak – Ukrayna tərəfindən planlaşdırılan əks-hücum bir neçə gündür başladı
Ukrayna tərəfindən planlaşdırılan əks-hücum bir neçə gündür başladı, – bu barədə Ukrayna prezidenti administrasiyası köməkçisi, Mixail Podolyak bəyan etdi
“Əks-hücum bir neçə gündür davam edir, sərhəddən 1 500 kilometr məsafədə intensiv müharibədir, lakin əməliyyatlara artıq başlanıb. Biz Rusiya ərazisində vurmaq istəmirik, bizə verdikləri silahdan istifadə edəcəyik ki, Moskva tərəfindən işğal olunmuş ərazilərdə, o cümlədən Donbas və Krımda rus mövqelərini məhv edək”, – Podolyak bəyan etdi.
Ukrayna prezidentinin administrasiyasının məsləhətçisinin sözlərinə görə, Ukraynanın İtaliya və Fransa tərəfindən təchiz edilmiş raket əleyhinə sistemləri və “Leopard” tankları var. Podolyak xüsusilə qeyd etdi ki, F-16 aviaqırıcıları Ukrayna hava məkanının bağlanması imkanını verəcək.