Mixail Podolyak – müharibə Krımın qaytarılması və “xüsusi müharibə əməliyyatın”ın təşəbbüskarlarının cəzalandırılması ilə başa çatmalıdır
Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri, Mixail Podolyak bəyan edir ki, müharibə Krımın qaytarılması və “xüsusi müharibə əməliyyatın”ın təşəbbüskarlarının cəzalandırılması ilə başa çatmalıdır.
Bu barədə Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri “tvitterdə” yazır.
“Rusiya 2014-cü ildə Krımı həyasızcasına işğal edəndə Ukraynaya və bütün dünyaya qarşı müharibəyə başladı. Aydındır ki, bu müharibə Krımın azad edilməsi ilə başa çatmalıdır. Eləcə də “xüsusi müharibə əməliyyatın”ın təşəbbüskarlarının cəzalandırılması ilə. Onların adları Rusiya Təhlükəsizlik Şurasının fevralın 21-də keçirilən iclasının protokolunda yazılıb”, – Mixail Podolyak bəyan etdi.