Mixail Podolyak – “Krım, körpü, başlanğıc, qanunsuz hər şey məhv edilməli, Rusiyanın işğal etdiyi hər şey qovulmalıdır”
Krım Körpüsündə baş verən partlayışa Ukrayna hakimiyyətinin nümayəndələri sosial şəbəkələrdə əks səda verdilər.
Hadisədən sonra Ukrayna prezidenti ofisi müşavirinin müavini, Mixail Podolyak “tvitterdə” yazdı ki, “qanunsuz hər şey məhv edilməlidir”.
“Krım, körpü, başlanğıc. !Qanunsuz hər şey məhv edilməli, oğurlanmış hər şey Ukraynaya qaytarılmalıdır, Rusiyanın işğal etdiyi hər şey qovulmalıdır”, – Podolyak yazır.
Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi, Aleksey Danilov öz “feysbuk”səhifəsində Merilin Monronun “Ad günün mübarək, cənab prezident” mahnısını ifa etdiyi videonu yaydı.
“Sabahın xeyir Ukrayna”, – Aleksey Danilov yazır.
Məlumat üçün, Rusiyanın aneksiya etdiyi Krımı birləşdirən körpüdə yük maşınının partlaması nəticəsində körpünün bir hissəsi uçdu. Körpüdə avtomobil və dəmir yolu hərəkəti qadağandır. Yanğın helikopterin vasitəsilə ilə söndürüldü.