Mixail Podoliak Rusiyaya Mariupolla bağlı "xüsusi danışıqlar" təklif edir
Ukrayna prezidenti administrasiyası rəhbərinin müşaviri, Mixail Podoliak Rusiyaya Mariupolla bağlı “xüsusi danışıqlar” təklif edir.
Onun dediyinə görə, Rusiya ordusu Ukrayna hərbçilərinin və mülki şəxslərin sığındığı “Azovstal” ərazisinə artilleriya və hava zərbələri endirməyi davam etdirir.
Bunu dayandırmaq üçün Podoliak Rusiyaya Mariupolda Pasxa atəşkəsi, mülki şəxslər üçün humanitar dəhlizlər və qoşun mübadiləsi üçün “xüsusi danışıqlar raundunu” təklif edir.