Mixail Podoliak - Putinin "sonuncu Ukraynalıya qədər müharibəsi" ilə bağlı bəyanatı Rusiyanın planlaşdırdığı soyqırımın daha bir sübutudur
Rusiya prezidenti, Putinin “sonuncu Ukraynalıya qədər müharibəsi” ilə bağlı bəyanatı Rusiyanın planlaşdırdığı soyqırımın daha bir sübutudur, – bu barədə Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri, Mixail Podolyak “tvitter” sosial şəbəkəsində yazır.
“Heç bir “Kollektiv Qərb” planı yoxdur. Yalnız xüsusi bir “Z” ordusu suveren Ukraynaya girdi, şəhərləri bombalayır və mülki insanları öldürür. Qalan hər şey primitiv təbliğatdır, planlaşdırılmış soyqırımın növbəti sübutudur”, – Podolyak yazır.
Xatırladaq ki, Vladimir Putin Dumada fraksiya rəhbərləri ilə görüşündə “Qərb Rusiya ilə sonunucu Ukraynalıya qədər müharibə istəyir” bəyan etdi.