Mixail Kavelaşvili: Parlament nümayəndə heyətimiz Co Uilsona lazımi cavabı verib

15:35, 08.07.2026

“Parlament nümayəndə heyətimiz Co Uilsona lazımi cavabı verib. Parlamentimizin üzvləri hər gün düzgün mövqelər səsləndirir, onun açıqlamalarına obyektiv qiymət verirlər”.

Bu barədə Gürcüstan Prezidenti Mixail Kavelaşvili bildirib.

Onun sözlərinə görə, Gürcüstan vətəndaşları bu məsələnin arxasında nələrin dayandığını asanlıqla görə bilirlər.

“Düzünü desəm, artıq maraqlı deyil ki, müəyyən maraqlı tərəf olan bir konqresmenin hansı addımları atılır. Hər bir vətəndaş üçün bunun arxasında nələrin dayandığını görmək asandır, hər şey açıq şəkildə görünür.

Buna görə də belə şəxslərin qiymətləndirmələrinə mümkün qədər az diqqət ayırmalıyıq. Əksinə, hökumətin fəaliyyətinə, təşəbbüslərinə və qərarlarına daha çox maraq göstərməli, bunları müzakirə etməliyik.

Cəmiyyət bizi ona görə tənqid etsin ki, hansı məsələləri düzgün həll etməmişik və ya çağırışlar qarşısında Gürcüstan hakimiyyəti nə etməli idi”, – deyə Mixail Kavelaşvili bildirib.

Oxşar