Mixail Çxenkeli 12-ci sinif şagirdlərinə – Əminəm ki, biliklərinizi dərinləşdirmək istəyiniz heç vaxt sönməyəcək və peşəkarlığınız ölkənin inkişafına ən mühüm töhfəni verəcək

11:29, 20.05.2022

Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli məzunları məzun olmaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

“Əziz gənclər, bu gün sizin üçün son zəng çalınır, keçdiyiniz illər sizin üçün həmişə unudulmaz xatirələr və əvəzolunmaz təcrübələr olaraq qalacaq məktəb divarlarından ayrılırsınız. Sizi bu mühüm gün münasibətilə təbrik edir və gələcəyə gedən yolda uğurlar arzulayırıq. Sabah həyatınızda daha çox imkanlar, yeni əlaqələr və sərgüzəştlərlə dolu bir mərhələ başlayır. Əminəm ki, biliklərə yiyələnmək, onu dərinləşdirmək istəyi heç vaxt sönməyəcək və siz öz peşəkarlığınızla ölkəmizin inkişafına ən mühüm töhfəni verəcəksiniz.

Sizi təbrik edir və bütün qəlbimlə sizə xoşbəxt, həyəcanlı bir həyat arzulayıram. Unutmayın ki, siz ölkəmizin gələcəyisiniz və biz ümidliyik. İnanıram ki, təhsiliniz və işinizlə dünyanı yaxşılığa doğru dəyişəcəksiniz!”, – təhsil nazirinin təbrikində deyilir.

Oxşar