Mixael Rot - Nəhayət, şəhərə qayıtdım, Tbilisi - Avropanın əsl paytaxtı
Mixael Rot - Nəhayət, şəhərə qayıtdım, Tbilisi - Avropanın əsl paytaxtı

 
Almaniya Bundestaqının Xarici İşlər Komitəsinin sədri Mixael Rot Gürcüstandadır. O, bu haqda məlumatı sosial şəbəkədə dərc edir.

“Nəhayət, şəhərə qayıtdım, Tbilisi – Avropanın əsl paytaxtı” – Mixael Rot sosial şəbəkədə yazır.

Bir neçə gün bundan əvvəl Mixael Rot sosial şəbəkədə Gürcüstana vida səfəri edəcəyini yazmışdı.

“Gələn həftə Gürcüstana vida səfərimi səbirsizliklə gözləyirəm. Mən bütün fədakar avropalıları və azadlıq uğrunda döyüşənləri dəstəkləmək, eləcə də bir alman siyasətçi kimi dostlarımla vidalaşmaq istəyirəm. Parlament mandatım tezliklə başa çatsa da, Avropa İttifaqının qəlbində azad Gürcüstana sadiq qalmağa davam edəcəyəm” – Mixael Rot qeyd edib.