Miçiqanda mormonların kilsəsində atışma və yanğın nəticəsində həlak olanların sayı 4-ə yüksəlib, 8 nəfər yaralanıb
Miçiqan ştatında Qrand Blank şəhərində yerləşən mormonların kilsəsində atışma və yanğın nəticəsində azı 4 nəfər həlak olub, 8 nəfər isə yaralanıb – bu haqda məlumatı “CNN” yayır.
Yerli polisin məlumatına əsasən, hücumçu ayin zamanı kilsəyə daxil olub, atışma başlayıb və yanğın törədib. Hücumçu 40 yaşlı Tomas Ceykob Sanforddur, o polis tərəfindən açılan cavab atəşinin qurbanı olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ictimaiyyət üçün təhlükənin artıq olmadığını bildirirlər. Lakin, yanan binada yenə cəsəd tapa biləcəklərini ehtimal edirlər. Hücumun motivi hələ də bilinmir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şəxsin əmlakında axtarış aparırlar və mobil telefon qeydlərini yoxlayırlar. Medianın məlumatına əsasən, hücumçu kilsəni qəsdən yandırıb. ABŞ Federal Təhqiqat Bürosu hadisəni “məqsədyönlü zorakılıq aktı” kimi araşdırır.