Miqrasiya Departamentinin əməkdaşları xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində xarici ölkələrin 46 vətəndaşını saxlayıblar
Miqrasiya Departamentinin əməkdaşları xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində xarici ölkələrin 46 vətəndaşını saxlayıblar

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkə üzrə xüsusi immiqrasiya nəzarəti tədbirləri həyata keçiriblər.

DİN-in məlumatına görə, kompleks əməliyyatlar nəticəsində 46 xarici ölkə vətəndaşı saxlanılıb. Onların arasında Yəmən, Pakistan, Hindistan, Türkmənistan, Çin, Kuba, Sudan, Nigeriya, Rusiya, Belarus və Misir vətəndaşları var.

“Xüsusi immiqrasiya nəzarəti tədbirləri çərçivəsində departament əməkdaşları tərəfindən müəyyən ünvanlar və müxtəlif təyinatlı obyektlər yoxlanılıb. Məqsəd Gürcüstanda qanuni əsas olmadan yaşayan xarici ölkə vətəndaşlarının aşkarlanması olub.

Müəyyən edilib ki, saxlanılan şəxslər ölkədə ‘Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında’ Gürcüstan qanununun tələblərini pozaraq qalırdılar.

Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti saxlama mərkəzində yerləşdiriliblər. Onların ölkədən deportasiyası üçün müvafiq prosedurlar həyata keçirilir”, – məlumatda qeyd olunur.