Miqrasiya Departamentinin əməkdaşları xüsusi immiqrasiya nəzarəti tədbirləri nəticəsində 50 xarici ölkə vətəndaşını saxlayıb

11:30, 28.09.2026

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları ölkə üzrə xüsusi immiqrasiya nəzarəti tədbirləri keçirib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Kompleks tədbirlər nəticəsində 50 xarici ölkə vətəndaşı, o cümlədən Nigeriya, Əfqanıstan, Azərbaycan, İran, Çin, Tailand, Rusiya, Hindistan, İraq, Türkmənistan və Misir vətəndaşları saxlanılıb.

Xüsusi immiqrasiya nəzarəti tədbirləri çərçivəsində departament əməkdaşları tərəfindən konkret ərazilər və müxtəlif təyinatlı obyektlər yoxlanılıb. Tədbirlərin məqsədi Gürcüstanda qanuni əsas olmadan yaşayan xarici ölkə vətəndaşlarını müəyyən etmək olub.

Müəyyən edilib ki, saxlanılan şəxslər ölkədə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan qanununun tələblərini pozaraq olublar.

Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılır. Onların ölkədən çıxarılması məqsədilə müvafiq prosedurlar həyata keçirilir”, – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur.

Oxşar