Miqrasiya Departamentinin əməkdaşları xüsusi immiqrasiya nəzarəti tədbiri nəticəsində 21 xarici ölkə vətəndaşını saxlayıblar
Miqrasiya Departamentinin əməkdaşları xüsusi immiqrasiya nəzarəti tədbiri nəticəsində 21 xarici ölkə vətəndaşını saxlayıblar

Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları xüsusi immiqrasiya nəzarəti tədbiri keçiriblər. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Qurumun verdiyi məlumata görə, əldə edilmiş məlumat əsasında tədbir çərçivəsində departament əməkdaşları tərəfindən müəyyən yerlər yoxlanılıb, məqsəd Gürcüstanda qanuni əsas olmadan yaşayan xarici vətəndaşların aşkarlanması olub.

“Kompleks tədbir nəticəsində 21 xarici ölkə vətəndaşı saxlanılıb. Onların arasında Hindistan, Çin, Pakistan, Banqladeş, İran və Misir vətəndaşları var. Müəyyən edilib ki, onlar ölkədə ‘Xaricilər və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında’ Gürcüstan qanununun tələblərini pozaraq qalırdılar.

Hazırda həmin şəxslər Miqrasiya Departamentinin müvəqqəti saxlanma mərkəzində yerləşdiriliblər. Onların ölkədən çıxarılması məqsədilə müvafiq prosedurlar aparılır.

Miqrasiya Departamenti ‘Xaricilər və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında’ Gürcüstan qanununun effektiv icrasını təmin etmək məqsədilə xüsusi immiqrasiya nəzarət tədbirlərini mütəmadi olaraq həyata keçirir,” – məlumatda qeyd olunur.