Miqrasiya Departamentinin əməkdaşları xarici ölkələrin 22 vətəndaşını Gürcüstandan çıxarıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və Nazirliyin müvafiq bölmələrinin sıx koordinasiyası ilə, Gürcüstandan xarici ölkələrin 22 vətəndaşının çıxarılması həyata keçirilib. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Qurumun bildirdiyinə görə, son günlərdə aparılan kompleks tədbirlərin nəticəsində ölkədən bu ölkələrin vətəndaşları çıxarılıb: Misir, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Suriya, Pakistan, Rusiya və Keniya – ümumilikdə 22 nəfər. Mövcud qanunvericiliyə uyğun olaraq, çıxarılan şəxslərə ölkəyə daxil olmaq qadağan edilib.
“Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiya ilə mübarizəyə cavabdeh qurumdur. Onun səlahiyyətlərindən biri də hüquqi əsas olmadan Gürcüstanda olan xarici ölkə vətəndaşlarının müəyyənləşdirilməsi və onların Gürcüstandan çıxarılmasının həyata keçirilməsidir,” – deyə DİN-də bildirirlər.