Miqrasiya Departamentinin əməkdaşları xarici ölkələrin 22 vətəndaşını Gürcüstandan deportasiya ediblər
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin digər müvafiq bölmələrinin sıx koordinasiyası ilə son günlər ərzində həyata keçirilən kompleks tədbirlər çərçivəsində xarici ölkələrin 22 vətəndaşı Gürcüstandan deportasiya olunub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədən aşağıdakı ölkələrin vətəndaşları çıxarılıb: İraq, Rusiya, İran, Hindistan, Türkiyə, Bolqarıstan, Kamerun, İordaniya, Türkmənistan, Qazaxıstan və Keniya — ümumilikdə 22 nəfər.
“Mövcud qanunvericiliyə əsasən, deportasiya olunmuş şəxslərə Gürcüstana daxil olmaq qadağan edilib. Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizəyə cavabdeh orqandır. Departamentin səlahiyyətlərindən biri də Gürcüstanda hüquqi əsas olmadan yaşayan xarici vətəndaşların aşkarlanması və onların ölkədən çıxarılmasını həyata keçirməkdir,” – deyə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur.