Miqrasiya Departamentinin əməkdaşları xarici ölkələrin 103 vətəndaşını Gürcüstandan deportasiya ediblər
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti, nazirliyin digər müvafiq bölmələri ilə sıx koordinasiyada son günlər həyata keçirilən tədbirlər nəticəsində 103 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya edib.
DİN-in məlumatına görə, kompleks əməliyyatlar nəticəsində ölkədən Türkmənistan, Rusiya, Hindistan, Özbəkistan, Pakistan, Çin, Belarus, Nepal, Tailand, Banqladeş, Efiopiya, Yəmən, İraq, İordaniya, Nigeriya, Sudan, Filippin və digər ölkələrin vətəndaşları olmaqla ümumilikdə 103 nəfər çıxarılıb.
Qurumun bildirdiyinə görə, mövcud qanunvericiliyə uyğun olaraq deportasiya edilən şəxslərə ölkəyə giriş qadağası da tətbiq olunub.