Miqrasiya Departamentinin əməkdaşları keçirilmiş xüsusi immiqrasiya nəzarəti tədbiri nəticəsində 20 xarici ölkə vətəndaşını saxlayıblar
Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları xüsusi immiqrasiya nəzarəti tədbiri keçiriblər. Məlumatı DİN yayır.
“Əldə olunmuş məlumat əsasında tədbir çərçivəsində departamentin əməkdaşları tərəfindən konkret yerlər yoxlanılıb, bu isə Gürcüstanda qanuni əsas olmadan olan xarici ölkə vətəndaşlarının aşkarlanmasına xidmət edirdi.
Kompleks tədbir nəticəsində 20 xarici ölkə vətəndaşı saxlanılıb. Onların arasında Hindistan, Pakistan, Banqladeş, Nepal, Misir, İordaniya, Filippin və Türkmənistan vətəndaşları var. Onların “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan qanunu ilə müəyyən edilmiş tələbləri pozmaqla ölkədə olduqları müəyyən edilib.
Hazırda qeyd olunan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdiriliblər. Onların ölkədən çıxarılması məqsədilə müvafiq prosedurlar aparılır.
Miqrasiya Departamenti “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan qanununun effektiv icrasını təmin etmək məqsədilə xüsusi immiqrasiya nəzarətini mütəmadi olaraq həyata keçirir” – DİN-in məlumatında qeyd olunub.