Miqrasiya Departamentinin əməkdaşları immiqrasiya nəzarəti tədbiri nəticəsində, xarici ölkənin doqquz vətəndaşını saxlayıblar
Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində, Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları xüsusi immiqrasiya nəzarəti tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, əldə edilmiş məlumat əsasında, tədbir çərçivəsində departamentin əməkdaşları tərəfindən konkret yerlər yoxlanılıb, bu isə Gürcüstanda qanuni əsas olmadan qalan xarici ölkə vətəndaşlarının aşkarlanması məqsədinə xidmət edirdi.
“Kompleks tədbir nəticəsində xarici ölkənin doqquz vətəndaşı saxlanılıb. Onların arasında Hindistan və Nepal vətəndaşları da var. Onların “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstanın qanunu ilə müəyyən edilmiş tələbləri pozmaqla ölkədə olduqları müəyyən edilib.
Hazırda, qeyd olunan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdiriliblər. Onların ölkədən çıxarılması məqsədi ilə müvafiq prosedurlar aparılır” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.