Miqrasiya Departamentinin əməkdaşları Gürcüstandan 21 xarici ölkə vətəndaşını ölkədən çıxarıblar
Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin digər müvafiq bölmələrinin sıx koordinasiyası ilə son günlərdə keçirilən kompleks tədbirlər çərçევəsində Gürcüstandan 21 xarici ölkə vətəndaşının ölkədən çıxarılması həyata keçirilib. Bu barədə məlumatı DİN yayıb.
Məlumata görə, Gürcüstandan çıxarılan şəxslər Türkiyə, Rusiya, Misir, İran, Türkmənistan, Kolumbiya, Çin, Hindistan, İordaniya və Nigeriya vətəndaşlarıdır – ümumilikdə 21 nəfər. Mövcud qanunvericiliyə əsasən, çıxarılan şəxslərə Gürcüstana daxil olmaq qadağan edilib.
“Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə cavabdeh orqandır. Onun əsas səlahiyyətlərindən biri Gürcüstanda hüquqi əsas olmadan yaşayan xarici ölkə vətəndaşlarının müəyyən edilməsi və onların ölkədən çıxarılmasıdır”, – deyə DİN-in yaydığı məlumatda qeyd olunur.