Miqrasiya Departamentinin əməkdaşları Gürcüstandan 18 xarici ölkə vətəndaşını deportasiya ediblər
Miqrasiya Departamentinin əməkdaşları Gürcüstandan 18 xarici ölkə vətəndaşını deportasiya ediblər

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin müvafiq bölmələrinin sıx koordinasiyası ilə son günlərdə keçirilən kompleks tədbirlər çərçivəsində Gürcüstandan 18 xarici ölkə vətəndaşı deportasiya olunub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkədən İrən, Çin, Rusiya, Nigeriya, Misir, Banqladeş, Belarus, Türkiyə, Hindistan, Pakistan və Özbəkistan vətəndaşları olmaqla ümumilikdə 18 nəfər çıxarılıb.

“Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərə ölkəyə giriş qadağan olunub.

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qeyri-qanuni miqrasiya ilə mübarizəyə cavabdeh qurumdur. Onun əsas səlahiyyətlərindən biri Gürcüstanda hüquqi əsas olmadan yaşayan xarici ölkə vətəndaşlarını aşkar etmək və onların deportasiyasını həyata keçirməkdir”, – deyə DİN-in yaydığı məlumatda bildirilir.