Miqrasiya Departamentinin əməkdaşları 96 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya şəraitində son günlər keçirilən tədbirlər nəticəsində 96 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Miqrasiya Departamentinin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində Səudiyyə Ərəbistanı, Azərbaycan, Türkmənistan, Türkiyə, Çin, Rusiya, Hindistan, Misir, Sudan, İraq, Küveyt, Nigeriya, Belarus, Kuba, Kot-d’İvuar, Madaqaskar, Albaniya, Özbəkistan, Livan, Mərakeş, İordaniya, Tailand və digər ölkələrin ümumilikdə 96 vətəndaşı ölkədən çıxarılıb.
Nazirlik bildirib ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq deportasiya edilən şəxslərə Gürcüstana giriş qadağası da tətbiq edilib.