Miqrasiya Departamentinin əməkdaşları 93 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya edib
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya şəraitində son günlər ərzində 93 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya edib.
Miqrasiya Departamentinin keçirdiyi kompleks tədbirlər nəticəsində Hindistan, İordaniya, Rusiya, Kuba, Türkmənistan, Azərbaycan, İraq, Türkiyə, Kamerun, Nigeriya, Banqladeş, Benin, Efiopiya, Misir, Yamayka, Sudan, Əlcəzair və digər ölkələrin ümumilikdə 93 vətəndaşı ölkədən çıxarılıb.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.