Miqrasiya Departamentinin əməkdaşları 84 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya edib
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə koordinasiya çərçivəsində son günlər ərzində 84 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər.
DİN-in məlumatına görə, Miqrasiya Departamentinin keçirdiyi kompleks tədbirlər nəticəsində ölkədən Hindistan, Misir, Türkiyə, Rusiya, Türkmənistan, Azərbaycan, Tailand, Livan, Özbəkistan, Belarus, Qana, İordaniya, Pakistan, Nigeriya, Filippin, Çin və digər ölkələrin ümumilikdə 84 vətəndaşı deportasiya edilib.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişinə qadağa qoyulub.
Cari il ərzində Miqrasiya Departamentinin əməkdaşları tərəfindən 3 mindən çox şəxs ölkədən deportasiya edilib.