Miqrasiya Departamentinin əməkdaşları 78 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər

11:55, 16.09.2026

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə koordinasiya şəraitində son günlər ərzində 78 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər.

“Miqrasiya Departamenti tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Hindistan, Türkiyə, Misir, Rusiya, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Belarus, Pakistan, Özbəkistan, Banqladeş, Qırğızıstan, Efiopiya, İordaniya, Şri-Lanka və digər ölkələrin ümumilikdə 78 vətəndaşı ölkədən deportasiya edilib.

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişinə qadağa qoyulub”, – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur.

Oxşar