Miqrasiya Departamentinin əməkdaşları 74 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar
Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə koordinasiya ilə son günlər ərzində 74 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişinə qadağa tətbiq olunub.
Miqrasiya Departamenti tərəfindən keçirilmiş kompleks tədbirlər nəticəsində ölkədən çıxarılıb: Hindistan, İordaniya, Pakistan, Cənubi Afrika, Ermənistan, Əfqanıstan, Belarus, Misir, Rusiya, Yəmən, Livan, Nigeriya, Türkiyə, Azərbaycan, Çin, Türkmənistan, Qırğızıstan və digər dövlətlərin ümumilikdə 74 vətəndaşı” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.