Miqrasiya Departamentinin əməkdaşları 61 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər

11:08, 08.09.2026

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin aidiyyəti bölmələri ilə koordinasiyalı şəkildə son günlər ərzində 61 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Miqrasiya Departamentinin keçirdiyi kompleks tədbirlər nəticəsində Hindistan, Misir, Türkiyə, Kuba, Azərbaycan, Türkmənistan, Rusiya, Nigeriya, Ermənistan, Belarus, Özbəkistan, Burundi, Efiopiya və Pakistan vətəndaşı olan ümumilikdə 61 nəfər ölkədən çıxarılıb.

Qüvvədə olan qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

Cari ilin statistik göstəricilərinə əsasən, Miqrasiya Departamentinin əməkdaşları tərəfindən indiyədək ölkədən 3 minə yaxın şəxs deportasiya edilib. Bu göstərici ötən ilin ümumi rəqəmini əhəmiyyətli dərəcədə üstələyir.

Oxşar