Miqrasiya Departamentinin əməkdaşları 56 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar
Miqrasiya Departamentinin əməkdaşları 56 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar

 

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya ilə son günlər ərzində keçirilən tədbirlər nəticəsində 56 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Miqrasiya Departamenti tərəfindən keçirilmiş kompleks tədbirlər nəticəsində ölkədən çıxarılıb: Türkiyə, Hindistan, Pakistan, Keniya, Filippin, İraq, Nigeriya, Uqanda, Banqladeş, Qana, İordaniya, Kuba, Rusiya, Sudan, Tacikistan, Çin və digər dövlətlərin – ümumilikdə 56 vətəndaşı.

Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişinə qadağa tətbiq olunub.