Miqrasiya Departamentinin əməkdaşları 55 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar
Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya ilə son günlər ərzində keçirilən tədbirlər nəticəsində 55 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar.
Qurumun məlumatına əsasən, Miqrasiya Departamenti tərəfindən keçirilmiş kompleks tədbirlər nəticəsində ölkədən çıxarılıb: Türkiyə, Hindistan, Rusiya, Türkmənistan, Özbəkistan, Azərbaycan, Pakistan, Somali, Ermənistan, Sudan, Tayland, Misir, İraq və digər dövlətlərin ümumilikdə 55 vətəndaşı.
Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişinə qadağa tətbiq olunub.