Miqrasiya Departamentinin əməkdaşları 54 əcnəbi vətəndaşı Gürcüstandan deportasiya ediblər

11:20, 07.07.2026

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq qurumları ilə sıx koordinasiya şəraitində son günlər həyata keçirilən tədbirlər nəticəsində 54 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Miqrasiya Departamentinin keçirdiyi kompleks tədbirlər nəticəsində Türkiyə, Türkmənistan, Rusiya, Hindistan, Azərbaycan, Belarus, Pakistan, Nigeriya, Misir, Filippin və digər ölkələrin ümumilikdə 54 vətəndaşı ölkədən çıxarılıb.

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Qeyd edək ki, qanunsuz miqrasiyaya qarşı mübarizə Daxili İşlər Nazirliyinin əsas prioritet istiqamətlərindən biridir. Son statistik göstəricilərə əsasən, cari ilin əvvəlindən indiyədək ölkədən ümumilikdə 2090 qeyri-qanuni miqrant deportasiya edilib. Onlardan 232 nəfər yanvarda, 312 nəfər fevralda, 360 nəfər martda, 401 nəfər apreldə, 340 nəfər mayda, 391 nəfər isə iyunda deportasiya olunub.

Oxşar