Miqrasiya Departamentinin əməkdaşları 36 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar
Miqrasiya Departamentinin əməkdaşları 36 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin müvafiq bölmələrinin sıx koordinasiyası ilə son günlərdə həyata keçirilən kompleks tədbirlər çərçivəsində 36 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar.

Ölkədən çıxarılıb: Azərbaycan, Banqladeş, Belarus, Misir, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Nepal, Nigeriya, Pakistan, Rusiya, Filippin və Çinin – ümumilikdə 36 vətəndaşı. Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişi qadağan edilib.

Qeyd etmək lazımdır ki, cari ayda Miqrasiya Departamenti qurumun digər bölmələri ilə birlikdə kompleks şəkildə həyata keçirilən tədbirlər nəticəsində 115 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıb, 2025-ci ilin yeddi ayının statistik göstəricilərinə əsasən isə, ümumilikdə 640 xarici ölkə vətəndaşı ölkədən çıxarılıb, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 233 faizlik artım deməkdir.

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizəyə cavabdeh orqandır. Gürcüstanda hüquqi əsas olmadan olan xarici ölkə vətəndaşlarının aşkar edilməsi və onların Gürcüstandan çıxarılmasının həyata keçirilməsi onun səlahiyyətlərindən biridir.

Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.