Miqrasiya Departamentinin əməkdaşları 34 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar
Miqrasiya Departamentinin əməkdaşları 34 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin müvafiq bölmələrinin sıx koordinasiyası ilə son günlərdə həyata keçirilən kompleks tədbirlər çərçivəsində 34 xarici ölkə vətəndaşı Gürcüstandan çıxarılıb.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Gürcüstandan Hindistan, Türkiyə, Türkmənistan, Çin, Misir, İraq, Rusiya, İran, İordaniya, Pakistan, Azərbaycan, Nigeriya və Mərakeşin ümumilikdə 34 vətəndaşını çıxarıblar. Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişi qadağan edilib.

“Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizəyə cavabdeh orqandır. Gürcüstanda hüquqi əsas olmadan olan xarici ölkə vətəndaşlarının aşkar edilməsi və onların Gürcüstandan çıxarılmasının həyata keçirilməsi onun səlahiyyətlərindən biridir” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.