Miqrasiya Departamentinin əməkdaşları 33 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar
Miqrasiya Departamentinin əməkdaşları 33 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin müvafiq bölmələrinin sıx koordinasiyası ilə son günlərdə həyata keçirilən kompleks tədbirlər çərçivəsində Gürcüstandan 33 xarici ölkə vətəndaşı çıxarılıb. Məlumatı DİN yayır.

Qurumun məlumatında, onların bir hissəsinin Gürcüstanı könüllü tərk etdiyi, bir hissəsinin isə ölkədən zorla çıxarıldığı deyilir. Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişi qadağan edilib.

“Gürcüstandan Hindistan, Misir, İordaniya, Türkiyə, Pakistan, Çin, İran, Banqladeş, İraq, Rusiya, Azərbaycan və Türkmənistanın ümumilikdə 33 vətəndaşı çıxarılıb.

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizəyə cavabdeh orqandır. Gürcüstanda hüquqi əsas olmadan olan xarici ölkə vətəndaşlarının müəyyən edilməsi və onların Gürcüstandan çıxarılmasının həyata keçirilməsi onun səlahiyyətlərindən biridir” – bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.