Miqrasiya Departamentinin əməkdaşları 32 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar
Miqrasiya Departamentinin əməkdaşları 32 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar

 

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya nəticəsində 32 xarici ölkə vətəndaşını Gürcüstandan çıxarıblar. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, son günlərdə keçirilən kompleks tədbirlər nəticəsində ölkədən çıxarılıb: Türkiyə, Hindistan, İran, Pakistan, Rusiya, Kamerun, Çin və Nigeriyanın ümumilikdə 32 vətəndaşı.

“Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə girişinə qadağa tətbiq olunub.

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizəyə cavabdeh orqandır. Gürcüstanda hüquqi əsas olmadan olan xarici ölkə vətəndaşlarının aşkar edilməsi və onların Gürcüstandan çıxarılmasının həyata keçirilməsi onun səlahiyyətlərindən biridir” – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.